İranda baş verən genişmiqyaslı etiraz aksiyaları nəticəsində həyatını itirənlərin sayı kəskin şəkildə artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) hesabat yayıb.
Qeyd edilib ki, ölkə daxilindəki nümayişlərdə 4 902 nəfər dünyasını dəyişib.
Hesabatda aksiyalar zamanı saxlanılanların sayı ilə bağlı da statistik məlumatlar yer alıb.
Bildirilir ki, etiraz dalğası çərçivəsində indiyədək ümumilikdə 26 541 nəfər hüquq-mühafizə orqanları tərəfindən gözaltına alınıb.
Qeyd edək ki, İrandakı vəziyyət beynəlxalq birliyin diqqət mərkəzində qalmağa davam edir. Aksiyalar ölkənin müxtəlif şəhərlərini əhatə edərək geniş vüsət alıb. İnsan haqları təşkilatları bölgədəki gərginliklə bağlı narahatlıqlarını ifadə edirlər.