Çində Bahar Festivalı tətilinin son günündə ölkə daxilində rekord sayda sərnişin daşınması qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi günü regionlararası səyahət edənlərin sayı 362,58 milyon nəfərə çatıb.
Bu göstərici əvvəlki günlə müqayisədə 4,7% azalsa da, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11,9% artım deməkdir.
Bazar ertəsi günü 18,5 milyon sərnişin daşınıb ki, bu da illik müqayisədə 8,6% artım deməkdir. Səyahətlərin böyük əksəriyyəti quru yollarının payına düşüb. Ümumilikdə 339,83 milyon səfər qeydə alınıb ki, bunun 304,62 milyonu şəxsi nəqliyyat vasitələri ilə həyata keçirilib.
Sərnişin sayı ötən illə müqayisədə 31,2% artaraq 1,6 milyon nəfər təşkil edib. Hava yolları vasitəsilə 2,65 milyon sərnişin daşınıb ki, bu da ötən ilin eyni günü ilə müqayisədə 6,9% çoxdur.
Qeyd edək ki, Çində "Chunyun" adlanan və dünyanın ən böyük illik insan miqrasiyası hesab olunan bu kütləvi səyahət dövrü martın 13-nə qədər davam edəcək. Bu il "At ili"nin başlanğıcı ilə üst-üstə düşən Bahar Festivalı rəsmi olaraq 15-23 fevral tarixlərini əhatə edib.