Operativ Məlumat Mərkəzi

Cəzaçəkmə müəssisəsinə ətin içərisində narkotik keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Cəzaçəkmə müəssisəsinə ətin içərisində narkotik keçirilməsinin qarşısı alınıb
Cəzaçəkmə müəssisəsinə ətin içərisində narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyinin...

Cəzaçəkmə müəssisəsinə ətin içərisində narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum edilmiş İlham Bəyiş oğlu Quliyevə qohumu Nağı Mahmud oğlunun gətirdiyi sovqatda qaynadılmış ətin içərisində gizlədilmiş 2,209 qram marixuana və 3,545 qram heroin aşkar olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər