Əsas məzmuna keç

Ceyranbatanda sexdə yanğın oldu

Ceyranbatanda sexdə yanğın oldu

Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən (FHN)...

rayonu qəsəbəsi ərazisində yanğın baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən () məlumat verilib.

Məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının karton istehsalı müəssisəsinin ərazisində karton qutuların yığıldığı sahədə baş verdiyi və sexlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində karton qutuların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən sexlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində 400 kv.m. sahədə 250 ədəd karton qutu, 4 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb. Sexlər yanğından mühafizə olunub", - məlumatda qeyd olunub..

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…