Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.