Əsas məzmuna keç

Ceyhun Bayramov və Kuleba ilə görüşdü

Ceyhun Bayramov və Kuleba ilə görüşdü

Polşadakı UCR2026 konfransında tərəflər enerji, infrastruktur və investisiya sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində vacib addımlar atıb.

en ru

Polşada keçirilən Ukraynanın Bərpası Konfransı (UCR2026) çərçivəsində Azərbaycanın naziri Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının cari gündəliyi və gələcək perspektivləri müzakirə edilib.

ticarət və investisiya sahələri də daxil olmaqla əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də enerji, infrastruktur və yenidənqurma istiqamətlərində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin, humanitar təşəbbüslər və iki ölkə arasında daha geniş imkanları müzakirə olunub.

Tərəflər Azərbaycan və Ukrayna arasında uzunmüddətli tərəfdaşlığın daha da inkişaf etdirilməsinə, regional sabitlik, dayanıqlı inkişaf və iqtisadi rifahın təmin olunmasına yönəlmiş səylərin dəstəklənməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…