Əsas məzmuna keç

Ceyhun Bayramov və İshaq Dar regional məsələləri müzakirə edib

Ceyhun Bayramov və İshaq Dar regional məsələləri müzakirə edib

ABŞ və İran arasındakı razılaşma fonunda Şahbaz Şərif və Asim Munirin rolu yüksək qiymətləndirilib. Bakı və İslamabadın sülh prosesinə baxışı nədən ibarətdir?

en ru

İyunun 18-də Respublikasının naziri ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.

Pakistan İslam Respublikasının danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu ölkəmiz adından təqdir olunub, xüsusilə Pakistanın cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb. Həmçinin prosesə dəstək göstərən digər regional tərəfdaşların töhfələri məmnunluqla qeyd edilib.

Tərəflər əldə olunmuş razılaşmanın regionda gərginliyin azaldılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və diplomatik həll yollarının təşviqinə xidmət etdiyini qeyd ediblər.

Nazir Ceyhun Bayramov növbəti mərhələdə hərtərəfli razılaşmanın əldə olunması istiqamətində aparılacaq danışıqların davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…