Əsas məzmuna keç

Ceyhun Bayramov və Hakan Fidan Yaxın Şərqi müzakirə etdi

Ceyhun Bayramov və Hakan Fidan Yaxın Şərqi müzakirə etdi

bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət, xüsusilə Yaxın Şərqdə artan gərginlik...

en ru

ın naziri la türkiyəli həmkarı arasında baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət, xüsusilə Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regional eskalasiyanın daha geniş coğrafiyaya yayılmasının yolverilməz olduğunu vurğulayaraq, məsələlərin beynəlxalq hüquq normaları əsasında və diplomatik yollarla həllinin vacibliyini qeyd ediblər.

Nazirlər bölgədə sabitliyin qorunmasının və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildiriblər. Azərbaycan və Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…