Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Tailandın XİN rəhbəri ilə görüşdü

2 dəq
Paylaş:
Ceyhun Bayramov Tailandın XİN rəhbəri ilə görüşdü

naziri Banqkoka işgüzar səfəri çərçivəsində Tailand Krallığının Baş nazir müavini və xarici işlər naziri Sihasak ilə görüş keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bu barədə XİN-in "X" hesabında məlumat yayılıb.

Qeyd olunub ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.

Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.

Həmçinin, Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi çoxtərəfli platformalarda əməkdaşlığın artırılmasının vacibliyi də diqqətə çatdırılıb.

Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövrü sülh gündəliyi, minatəmizləmə fəaliyyəti və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.

Tərəflər, həmçinin regional məsələlərini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax