Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Latviya XİN rəhbəri ilə gərginliyi müzakirə etdi

1 dəq
Paylaş:
Ceyhun Bayramov Latviya XİN rəhbəri ilə gərginliyi müzakirə etdi

Azərbaycanın naziri ilə Latviyanın naziri Baiba Braje arasında baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazirlər arasında Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada üçün risklər yaratdığı qeyd edilib. Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun intensivləşdirilməsini, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini məmnunluqla vurğulayıblar.

Bununla yanaşı, digər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax