Əsas məzmuna keç

Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq

Azərbaycan və Latviya konsulluq məsələlərində əməkdaşlığa dair memorandum imzalayacaq

Prezident Edqars Rinkeviçsin Bakı səfəri zamanı Bayba Braje və Ceyhun Bayramov sənəd imzalayacaq. Görüşdə sülh prosesi və Ukrayna mövzusu da müzakirə ediləcək.

en ru

və məsələləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” Latviya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, sənəd ölkə Prezidenti Edqars Rinkeviçsin 21–23 aprel 2026-cı il tarixlərində Azərbaycana edəcəyi rəsmi səfəri çərçivəsində imzalanacaq.

Səfər zamanı dövlət başçısını Latviyanın naziri Bayba Braje müşayiət edəcək.

"Latviya və Azərbaycan əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaq. Bayba Braje iki tərəf arasında konsulluq məlumatları və təcrübə mübadiləsi sahəsində qarşılıqlı fəaliyyəti gücləndirəcək Latviya və Azərbaycan xarici işlər nazirlikləri arasında konsulluq məsələlərində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayacaq", - məlumatda bildirilib.

XİN-dən həmçinin bildirilib ki, Braje azərbaycanlı həmkarı Ceyhun Bayramovla ayrıca görüş keçirməyi planlaşdırır: "Nazirlər ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycan və arasında sülh prosesi, Ukraynadakı vəziyyət və Yaxın Şərq daxil olmaqla regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə edəcəklər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…