Əsas məzmuna keç

Ceyhun Bayramov israilli həmkarı ilə görüşü başa çatıb - YENİLƏNİB 2

Ceyhun Bayramov israilli həmkarı ilə görüşü başa çatıb - YENİLƏNİB 2

hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər. 10:19*** Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə rəsmi səfəri çərçicəvəsində...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koenin təkbətək görüşü başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda nazirlər birgə keçirirlər.

10:19***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə rəsmi səfəri çərçicəvəsində həmkarı Eli Koen arasında görüş başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

10:14***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə E.Koen tvitterdə paylaşım edib.

“30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib.

Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir.

Xatırladaq ki, 2022-ci ilin sonunda Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Noyabrın 26-da İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…