Əsas məzmuna keç

Ceyhun Bayramov ispaniyalı həmkarı ilə danışdı

Ceyhun Bayramov ispaniyalı həmkarı ilə danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel...

en ru

Respublikasının naziri ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud olan gərgin təhlükəsizlik vəziyyəti və hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionda sabitliyin qorunmasının vacibliyi vurğulanaraq, gərginliyin daha da artmasının qarşısının alınması üçün diplomatik kanalların və siyasi dialoqun əhəmiyyəti qeyd edilib.

Mövcud şəraitdə eskalasiya bölgəsində xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, zərurət yarandığı halda İrandakı İspaniya vətəndaşlarının Azərbaycan sərhədindən keçməklə təxliyəsi ilə bağlı mümkün əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…