Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü çərçivəsində Anqoladan olan həmkarı Tete Antonio ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində Azərbaycan və Anqola arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Azərbaycan XİN başçısı qlobal problemlərin öhdəsindən gəlmək üçün müxtəlif ölkələri bir araya gətirən Qoşulmama Hərəkatının mühüm rolunu vurğulayıb.