Əsas məzmuna keç

Çexiya hakimiyyəti etiraz edən fermerlərin tələblərini təmin etməyə çalışır

Çexiya hakimiyyəti etiraz edən fermerlərin tələblərini təmin etməyə çalışır

Çexiya hakimiyyəti aksiyaları keçirmək istəyən fermerlərin tələblərini təmin etməyə çalışır və onların həyatlarını yaxşılaşdırmaq üçün dövlət büdcəsindən əlavə məbləğ ayıracaq.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə “Mlada fronta Dnes” qəzeti ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.

Çex fermerlərinin ən böyük assosiasiyaları hökumətin onların iqtisadi tələblərini təmin etməsə, martın 7-də Praqada etiraz aksiyası keçirəcəkləri barədə xəbərdarlıq ediblər. buna reaksiya verərək, 2024-cü ildə heyvandarlıq təsərrüfatlarına maliyyə dəstəyinin artırılması ilə bağlı qərar qəbul edib. Fermerlərə dövlət büdcəsindən ayrılması nəzərdə tutulan məbləğ iki dəfə, təxminən 24 milyon dollar artırılıb. Rəsmilər 2025-ci ildə kənd təsərrüfatı işçilərinə 88 milyon dolları məbləğində sosial sığorta endirimləri etmək qərarına da gəliblər ki, bu da kənddə məşğulluğu stimullaşdıracaq. Həmçinin kiçik və orta fermer təsərrüfatlarına 132 milyon ABŞ dolları həcmində investisiya dəstəyinin göstərilməsi planlaşdırılır.

Fermerlər qərarlarını bazar ertəsi elan edəcəklər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…