“Liverpul”un sabiq yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Lamin Yamala klubdan ayrılmamağı tövsiyə edib.
“Barselona” hər mövsüm La Liqada titul, Çempionlar Liqasında isə qələbə uğrunda mübarizə aparır. Hər həftə 100 min azarkeşin qarşısında oynayacaqsan və milli komandanın start heyətində meydana çıxacaqsan. Demək istəyirəm ki, ümumiyyətlə, niyə getməlisən?” – Cerrardın sözlərini The Touchline sosial şəbəkədə paylaşıb.
Lamin Yamal 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Kataloniya klubu futbolçu ilə müqaviləni 2031-ci ilin iyununa qədər uzadıb. Transfermarkt Yamalın dəyərini 220 milyon avro olaraq qiymətləndirir.