Yonhap xəbərlərinə görə, polis rəsmiləri ABŞ-ın Pyeongtaekdəki bazasında vəzifə yerinə yetirən USFK əsgərinin avtomobil oğurladığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səlahiyyətlilər qəzada 2 Cənubi Koreya vətəndaşının yaralandığı barədə məlumatı paylaşaraq, araşdırma zamanı ABŞ əsgərinin sərxoş olduğunu açıqlayıb.
Səlahiyyətlilər, sözügedən əsgərin USFK-ya təhvil verildiyini və istintaqın davam etdirilməsi üçün USFK rəsmiləri ilə birgə işləmənin planlaşdırıldığını qeyd edib.
Cənubi Koreyada yerləşən USFK əsgəri 20 sentyabr 2023-cü ildə ABŞ-dan hərbi poçt vasitəsilə narkotik qaçaqmalçılığı və Cənubi Koreyada istifadə edib satmaq ittihamı ilə saxlanılıb.