Cənubi Koreya və ABŞ “ortaq müdafiə mövqeyini gücləndirmək” məqsədi ilə birgə hərbi təlimə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki “Azadlıq Qalxanı” adlı birgə təlimin 11 gün davam etməsi hədəflənib.
Bildirilib ki, təlim iki ölkənin ortaq müdafiə mövqeyini artırmaq məqsədi daşıyır və əsas diqqət quru, dəniz, hava və kiber alətlərdən istifadə ilə çoxdomenli əməliyyatlara və nüvə əməliyyatlarına cavab veriləcək.
Birləşmiş Millətlər Təşkilatının Cənubi Koreyadakı Komandanlığına (UNC) daxil olan ölkələrin şəxsi heyətinin müşahidəçi qismində iştirak edəcəyi təlimin martın 14-də başa çatması gözlənilir.