Cənubi Koreya əsgərləri sərhədi keçən Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıblar.
"Operativ Məlumat Mərkəzi-OMM"-in "AP News"a istinadən xəbərinə görə, bu barədə Cənubi Koreya rəsmiləri məlumat veriblər.
Məlumata görə, Şimali Koreya əsgərləri sərhədin şərq hissəsində hərbi demarkasiya xəttini pozublar.
Cənubi Koreya hərbçilərinin bildirdiyinə görə, 10 Şimali Koreya əsgəri xəbərdarlıq atəşindən sonra Şimala qayıdıb.
Cənubi Koreya hərbçiləri Şimali Koreyanın hərəkətlərini yaxından izlədiklərini qeyd ediblər.