Cənubi Koreya hakimiyyəti əsgərlərini Ukraynaya göndərə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Newspim" xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Cənubi Koreya irimiqyaslı əməliyyatlar baş verəcəyi təqdirdə cavab olaraq ixtisaslaşmış kəşfiyyat zabitləri və KXDR hərbi taktika mütəxəssisləri kontingentinin göndərilməsi təklifini nəzərdən keçirir.
Mənbə KXDR-in hərbi taktikasına və strukturuna bələd olan cənubi koreyalı mütəxəssislərin Ukraynaya yardım göstərə biləcəyini ehtimal edir. Qurumda Kiyevdə bu məsələ ilə bağlı hansı mövqenin tutulacağı barədə məlumat yoxdur.
Bundan əvvəl Cənubi Koreya kəşfiyyatı Şimali Koreya hərbçilərinin Rusiya Federasiyasına mümkün göndərilməsi ilə bağlı iddialar irəli sürmüşdü.