Mərkəzi Bank “Mpay” MMC-ni cəzalandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Mpay” MMC-də aparılan yoxlamalar zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tələblərinin pozulması faktları aşkarlanıb.
Bununla əlaqədar şirkətin İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrinin tələblərini pozduğu məlum olub.
Nəticədə hüquqi şəxs 50 000 (əlli min), vəzifəli şəxs isə 10 000 (on min) manat məbləğində cərimələnib.