ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında ABŞ donanmasına məxsus heç bir döyüş gəmisinin vurulmadığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, komandanlığın sosial media hesabında yayımlanan bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusunun bütün hücum cəhdlərinin uğursuzluqla nəticələndiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri yalnız ötən həftə ərzində İrana məxsus 10 tankeri məhv edib.
CENTCOM həmin gəmilərin İran İslam İnqilabı Keşikçiləri Korpusuna maliyyə təminatı verən və milyardlarla dollar dəyərində olan gizli şəbəkənin bir hissəsi olduğunu iddia edib.
“İran bu gəmiləri müdafiə edə bilməz”, – deyə bəyanatda vurğulanıb.