Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb

Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb
15.12.2023 18:19
Aa
dəq

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfransda iştirak edən, Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək bir sıra məsələlər barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa (ANG, CİPPA, CİPN, FKNG, KSG, MİR-Qvadelupa və UPLG), Fransız Polineziyası (özləri ölkələrini Ma’o Nuii adlandırır) (TAVİNİ Huiraatiraa) və KANAKY (Yeni Kaledoniya) (FLNKS, MJKF) ölkələrindən olan millətçi və müstəqillik uğrunda mübarizə aparan təşkilatlar tam suverenliyə dair siyasi məqsədlərinə çatmaq üçün birgə addımların atılması imkanlarının gücləndirilməsi məqsədilə ölkələrində cari siyasi vəziyyətlərinə dair fikir mübadiləsi aparıblar.

Tərəflər beynəlxalq, regional və milli səviyyədə təşkilatlanmış mübarizə aparmağı qərara alıblar. İştirakçılar öz xalqlarına münasibətdə birgə siyasi həmrəylik fəaliyyətlərini birləşdirmək məqsədilə mütəmadi əsasda iclasların keçirilməsinə dair razılığa gəliblər.

İlk iclasda siyasi gündəlik müəyyənləşdiriləcək.

Həftənin ən çox oxunanları

Kral III Çarlz Muxtar Babayevi qəbul edib

Kral III Çarlz Muxtar Babayevi qəbul edib
DAVAMIN OXU davamın oxu

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib

Baş prokuror: Azərbaycan-Türkiyə əlaqələri etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəlib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib

Azərbaycan Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq Sazişini təsdiqləyib
DAVAMIN OXU davamın oxu

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsi təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
DAVAMIN OXU davamın oxu