Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Moskvada keçirilən Suriya üzrə dördtərəfli görüşdə müzakirə olunan mövzuları açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in verdiyi xəbərə görə, o, bu barədə “Twitter“ hesabında paylaşım edib.
O qeyd edib ki, tərəflər terrorla mübarizədə əməkdaşlıq, suriyalı miqrantların geri dönmələrinə dair hazırlıq işlərinin təmin edilməsini, siyasi prosesin gedişatını və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini müzakirə edib.