Cari ilin yanvar-oktyabr aylarında doğulan və ölənlərin sayı açıqlanıb

Cari ilin yanvar-oktyabr aylarında doğulan və ölənlərin sayı açıqlanıb
17.12.2024 14:40
Aa
dəq

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 min 274 doğulan körpə qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Bildirilib ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub. Körpələrdən 2 min 800-ü əkiz, 108-i üçəm, 4-ü isə dördəm doğulub.

Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49 min 36 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.

Həftənin ən çox oxunanları