Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

G7 gündəmində Hörmüz boğazı: Kanada vasitəçiliyə hazırdır

2 dəq
Paylaş:
G7 gündəmində Hörmüz boğazı: Kanada vasitəçiliyə hazırdır

Kanada hakimiyyəti və İran arasında mümkün razılaşmadan sonra boğazında gəmiçiliyin bərpasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Kanadanın Mark Karni Fransada keçirilən Böyük Yeddiliyin (G7) sammitinə yola düşməzdən əvvəl bildirib.

Kanada lideri qeyd edib ki, ABŞ və İran arasında müqavilə imzalandıqdan sonra Ottavanın bu istiqamətdə necə yardım göstərə biləcəyini digər G7 liderləri ilə müzakirə etməyə hazırdır.

Qeyd edək ki, iyunun 15-nə keçən gecə ABŞ və İran nümayəndələri, eləcə də danışıqlarda vasitəçi kimi çıxış edən Pakistan tərəflər arasında anlaşma memorandumu üzrə razılaşmanı təsdiqləyiblər.

Memorandumun iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır. Razılaşmaya əsasən, sənədin imzalanmasından sonra 60 günlük atəşkəs müddətində tərəflər digər məsələlərlə yanaşı, İranın proqramı ilə bağlı müzakirələr aparacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax