Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib

Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib
20.01.2025 11:34
Aa
dəq

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şəhidlər xiyabanını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun.

Bayrağı bayraq edən qandır,
Torpaq, uğrunda ölən varsa, vətəndir", - paylaşımda qeyd olunub.

Həftənin ən çox oxunanları