Operativ Məlumat Mərkəzi

Buraxılış və qəbul imtahanlarının tarixləri - QRAFİK

3 dəq
Paylaş:
Buraxılış və qəbul imtahanlarının tarixləri - QRAFİK

Bu il keçiriləcək müəssisələrinə qəbul imtahanlarının vaxt cədvəli açıqlanıb. Dövlət İmtahan Mərkəzi (DİM) prosesinin mərhələlər üzrə tarixlərini ictimaiyyətə təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, tam orta təhsil səviyyəsi (11 illik) üzrə buraxılış imtahanları iki zona üzrə 9 və 15 mart tarixlərində keçiriləcək.

, Sumqayıt və Gəncə şəhərlərində məktəblərin şagirdləri yol hərəkətinin sıxlığını azaltmaq məqsədilə imtahanı iki fərqli gündə verəcəklər. Peşə liseylərinin məzunları isə təhsil aldıqları şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə iştirak edəcəklər. Sumqayıt və Abşeron ərazisində fəaliyyət göstərən peşə liseylərinin məzunları üçün imtahan martın 9-na təyin olunub.

Ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanlarının isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkili nəzərdə tutulur. DİM bildirib ki, zonalar üzrə şəhər və rayonların siyahısı imtahandan təxminən bir ay əvvəl açıqlanacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən bütün abituriyentlər üçün qeydiyyat prosesi – ərizə qəbulunun birinci mərhələsi 18 fevraldan 5 martadək aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsinə hazırlıq məqsədilə sınaq imtahanları may ayında təşkil ediləcək. Həmin ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi isə may–iyun aylarına planlaşdırılıb. Bu mərhələdə iştirak üçün qeydiyyat aprel–may aylarında həyata keçiriləcək.

Qeyd edək ki, imtahanların ətraflı qrafiki ilə Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi rəsmi cədvəl vasitəsilə tanış olmaq mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax