"Budapeştin ABŞ-nin Rusiya neft və qaz tədarüklərinə qarşı sanksiyalarından azad edilməsi ABŞ prezidenti Donald Tramp və Macarıstanın baş naziri Viktor Orban hakimiyyətdə olduğu müddətdə qüvvədə qalacaq".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Biz bilirik ki, Tramp vəzifəsində qaldığı və baş nazir Orban hökumətin başçısı olduğu müddətdə prezidentlə baş nazir arasında münasibətlər yaxşı olacaq və bu istisna qüvvədə qalacaq", - xarici işlər naziri vurğulayıb.