Polşada koronavirusa yoluxanların sayı artır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RAR agentliyinə müsahibəsində Polşanın baş sanitar müfəttişi Pavel Gjeşovski bildirib.
"Xəstəlik dalğası artır. Artıq kütləvi testlər aparmadığımız üçün neçə nəfərin xəstələndiyini hesablamaq çətindir, amma tendensiya mütləq artır".
Baş müfəttiş əlavə edib ki, xəstəxanaya yerləşdirilənlərin də sayı artır.