Bu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 11 milyard manata yaxın olacaq - PROQNOZ

Bu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 11 milyard manata yaxın olacaq - PROQNOZ
01.08.2023 12:59
Aa
dəq

Gələn il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 6 381 milyon ABŞ dolları (10 847 milyon manat) olacağı proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, daxili dövlət borcunun isə 6 688 milyon manat olmaqla ümumi dövlət borcunun 17 536 milyon manat təşkil etməsi gözlənilir.

Bu ilin sonuna xarici dövlət borcunun 49 %-i 5 ilə qədər, 42,6 %-i 5 ildən 10 ilə qədər, 8,4 %-i isə 10 ildən artıq müddətə kreditorlara ödənilməli olacaq. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilə qədər müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 % dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 0,8 % dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 % dərəcəsi ilə cəlb olunacağı nəzərdə tutulur.

Daxili dövlət borcunun 40,5 %-ini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 13 %-i 1 illik, 66,1 %-i 2-3 illik, 20,9 %-i isə 5-7 illik istiqrazların payına düşəcək. Daxili dövlət borcuna xidmət xərcləri 265 milyon təşkil edəcək.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu