Bu gün səhərə olan rəqəmlərə görə, 28 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, onlardan 2 min 700-ə yaxını xarici media nümayəndələridir:
"Qalanları QHT-lər, müxtəlif müşahidəçi beynəlxalq təşkilatlar və digər qonaqlardır".