Əsas məzmuna keç

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan...

Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının mərasimi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutacaq.

Sena çayı boyunca 6 marşrutda 12 bədii səhnə, Fransanın irsi, , şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək.

Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.

Açılış mərasimi yerli vaxtıla saat 19:30-da, vaxtı ilə 21:30-da başlayacaq.

Açılış mərasimindəki paradda bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…