Əsas məzmuna keç

Bu ərazilərdə qaz olmayacaq - 08.09.2024

Bu ərazilərdə qaz olmayacaq - 08.09.2024

Masallı rayon ərazisində yerləşən “Alvadı” QPS-dən qidalanan qaz xəttlərinin kipliyə yoxlanılması üçün Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri olmaqla...

Masallının üç yaşayış məntəqəsində təchizatı müvəqqəti dayandırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Masallı rayon ərazisində yerləşən “Alvadı” QPS-dən qaz xəttlərinin kipliyə yoxlanılması üçün Xocavar, Çaxırlı və Şərəfə kəndləri olmaqla ümumilikdə 2 100 abonentin qaz təchizatının 10 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Həmçinin 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayon Ərçivan qəsəbəsində ŞQTM-500 markalı tənzimləyicinin və siyirtmənin quraşdırılması ilə əlaqədar Ərçivan qəsəbəsində ümumilikdə 320 abonentin qaz təchizatının 9 sentyabr saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…