"Bu addımlar Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində Azərbaycanın əldə etdiyi uğurdur" - ŞƏRH

"Bu addımlar Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində Azərbaycanın əldə etdiyi uğurdur" - ŞƏRH
15.05.2023 14:54
Aa
dəq

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel platformasının bərpası əslində Azərbaycanın bu istiqamətdə siyasi və diplomatik uğurudur".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi ekspert Xəyal Bəşirov deyib.

Xəyal Bəşirov qeyd edib ki, 2021-ci ilin 14-15 dekabr tarixindən başlayaraq 4 dəfə keçirilmiş Şarl Mişelin iştirakı ilə Brüssel platforması çərçivəsində olan görüşlər, Ermənistanın və Fransanın birliyi nəticəsində ötən ilin 31 avqust tarixindən sonra təmaslar kəsilmişdi və Ermənistan mümkün qədər Fransa ilə birləşərək çalışırdı ki, bu prosesə Fransa da cəlb edilsin, görüş üçtərəfli deyil dördtərəfli qaydada keçirilsin. Azərbaycan özünün yürütdüyü siyasətlə, prinsipial qətiyyəti mövqeyi ilə bir daha Fransanın, Ermənistanın və bütün dünyanın diqqətinə çatdırdı ki, bu görüşlər, təmaslar Avropa İttifaqı Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilir və o, sadəcə bu prosesə dəstək verən tərəf kimi iştirak edir. Bu görüşün Fransanın iştirakı ilə keçirilməsi mümkünsüz olacaq.

"Azərbaycanın prinsipial və qətiyyətli bu mövqeyi artıq qəbul edildi və 8 ay yarım təmasların kəsildiyi Brüssel platforması nəhayyət bərpa olundu. Təbii ki, Azərbaycan bu platformanı dəstəklədiyini dilə gətirmişdi, bununla bağlı Prezident İlham Əliyevin də mövqeyi olub. Hər bir halda bu təmaslar demək olar ki, ötən ilin avqust ayından başlayaraq 8 ay yarım idi ki, kəsilmişdi". 

Xəyal Bəşirov Brüssel platformasında hansı uğurlarımız olduğun diqqətə çatdırıb. O qeyd edib ki, Brüssel platformasında ilk olaraq Azərbaycanın istədiyi bir sıra məqamlar müzakirə predmetinə çevrilib, amma Ermənistanın istədiyi məqamlar müzakirə edilməyib. Ermənistanın ortaya qoyduğu ifadələrin heç biri müzakirəyə daxil edilməyib, əksinə Azərbaycanın gündəmə gətirdiyi, siyasi leksikona daxil etdiyi sənədlərin müəyyənləşdirilməsi, humanitar problemlər, ərazi bütövlüklərinin, siyasi müstəqilliklərin tanınması məsələri müzakirə edilib. Bu məsələlər Brüssel platformasında Azərbaycanın müzakirə predmetinə çevirdiyi, eyni zamanda əldə etdiyi siyasi-diplomatik uğur hesab olunmalıdır. Digər bir məqam isə sonuncu Brüssel platforması çərçivəsində keçirilən görüşdə Ermənistanın ötən ilin 6 oktyabr tarixində Çexiyanın Praqa şəhərində Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısında şifahi olaraq bəyan etdiyi, elə 31 oktyabr 2022-ci ildə Soçidə bəyanatlarla imzaladığı Azərbaycanın ərazi bütövlüyünün "Alma-Ata Bəyannaməsi" BMT Nizamnaməsi çərçivəsində tanınmasını daha da gücləndirdi. Artıq Ermənistan Baş Naziri Azərbaycanın beynəlxalq səviyyədə tanınan 86,6 min kvadrat kilometrlik ərazini tanıdığını dilə gətirdi. Təbii ki, bu bəyanatı Şarl Mişel kimi ciddi siyasi füqur səsləndirdi.

"Mən hesab edirəm ki, bu Ermənistanın öz üzərinə götürdüyü növbəti öhdəliyi gündəmə gətirir. Qazaxın 7 kəndinin, o cümlədən, Naxçıvanın Kərki kəndinin boşaldılması, Azərbaycan nəzarəti altına verməsi ilə bağlı Ermənistanın öhdəliyinin həyata keçirilməsi məsələsini müzakirə predmetinə çevirmək, bu istiqamətdə Ermənistanın növbəti addım atmalı olduğunu reallaşdırır. Bütün bu məqamlar bu gün, o cümlədən nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa edilməsi Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində Azərbaycanın əldə etdiyi uğurla bağlı oldu. Düşünürəm ki, bu gün Avropa İttifaqını ciddi şəkildə narahat edən əsas mövzulardan biri də Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz və onun əsas halqalarından biri olan Zəngəzur dəhlizinin reallaşdırılması məsələsidir. Bu da bizim bu istiqamətdə ortaya qoyduğumuz digər əsas mövqelərdən biridir. Biz bilirik ki, II Qarabağ müharibəsindən sonra Moskva platforması çərçivəsində imzalanmış 4 Bəyanat və Brüssel platforması çərçivəsində keçirilmiş 5 görüşün hər birində müzakirə predmedlərindən biri də Ermənistanın zamanında işğalçılıq və təcavüzkarçılıq siyasəti nəticəsində bloka salınmış nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması ilə bağlıdır".

Xəyal Bəşirov vurğulayıb ki, artıq bu məqamları nəzərə alsaq, Avropa İttifaqı üçün Azərbaycan ən önəmli dövlətlərdən birinə çevrilib. Rusiya-Ukrayna müharibəsi nəticəsində demək olar ki, Avropa ilə Asiyanı birləşdirən bütün yollar bağlanıb, bütün dəhlizlər qapadılıb, gediş tək vəziyyətdədir.

"Düşünürəm ki, artıq biz Avropaya, Asiyaya, bütünlüklə bütün dünyaya Orta Dəhliz kimi sabit təhlükəsiz dəhliz təklif etmişik. Təbii ki, bunu dəyərləndirmək, bunun reallaşdırılması istiqamətində Azərbaycana ümumilikdə bu prosesə dəstək olmaq Avropa İttifaqı üçün hazırkı məqamda ən önəmli və aktual məsələlərindən biridir. Hesab edirəm ki, bütün bu məqamları nəzərə alsaq, Cənubi Qafqaz regionunda sülhün tərəfdarı olması ilə bağlı Avropa İttifaqının maraqlarını açıq şəkildə görə bilərik".

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu