Əsas məzmuna keç

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Yardımlı Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakinləri Bədir Mürsəlov, Əndəlifov və Mahir Abdullayev saxlanılıblar.

M.Abdullayevin idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı 15 kiloqram marixuana, Bədir Mürsəlovun üzərindən isə metadon həbləri aşkarlanıb.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.

Qeyd edək ki, Yardımlı RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlarla ümumilikdə 126 kiloqram aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…