Operativ Məlumat Mərkəzi

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

1 dəq
Paylaş:
Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə...

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

***

Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər