Operativ Məlumat Mərkəzi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

1 dəq
Paylaş:
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə...

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər