Separatçıların həbs müddəti uzadılıb - YENİLƏNİB

Separatçıların həbs müddəti uzadılıb - YENİLƏNİB
15.05.2024 17:20
Aa
dəq

Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

***

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

Həftənin ən çox oxunanları

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO

Hafiz Babalının həbs müddəti uzadıldı - FOTO
DAVAMIN OXU davamın oxu

Bakıda evdə partlayış olub, xəsarət alan var

Bakıda evdə partlayış olub, xəsarət alan var
DAVAMIN OXU davamın oxu

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb
DAVAMIN OXU davamın oxu

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb

Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb
DAVAMIN OXU davamın oxu

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO

FHN-nin təyyarəsi Türkiyədə meşə yanğını ilə mübarizəyə cəlb olunub - VİDEO
DAVAMIN OXU davamın oxu