Rusiya sülhməramlıları Xocalıdan çıxıblar - YENİLƏNİB

Rusiya sülhməramlıları Xocalıdan çıxıblar - YENİLƏNİB
15.05.2024 15:53
Aa
dəq

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov iştirak ediblər.

Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra bir qrup hərbi qulluqçular medallarla təltif olunub. Rəsmi hissədən sonra konsert proqramı başlayıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

***

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Report"a istinadən verdiyi məlumata görə, tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak edirlər.

Proqramın rəsmi hissəsinin sonunda Azərbaycan və Rusiyanın Müdafiə nazirliklərinin yaradıcı heyəti tərəfindən konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.

Həftənin ən çox oxunanları

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
DAVAMIN OXU davamın oxu

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər
DAVAMIN OXU davamın oxu

Polkovnik Samir Həziyev həbs edilib

Polkovnik Samir Həziyev həbs edilib
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
DAVAMIN OXU davamın oxu