Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

2 dəq
Paylaş:
Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

Böyük səfiri Uord fevralın 26-da Xarici İşlər Nazirliyinə çağırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Qaret Uord orada təxminən bir saat qalıb və mediaya heç bir şərh vermədən ayrılıb.

Bir gün əvvəl Gürcüstanın naziri Maka Boçorişvili Britaniya səfirinin Gürcüstanın "İmedi" və "POSTV" televiziya kanallarına tətbiq edilən sanksiyalarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlamışdı.

Nazir qeyd edib ki, Gürcüstan tərəfi bu sanksiyaların tətbiqi qərarının əsaslarının izahını tələb edəcək.

Maka Boçorişvili bildirib ki, Söz və ifadə azadlığından danışdığımızdan başqa, sanksiyalar məsələsi çox inandırıcı hüquqi əsaslar tələb edir.

Qeyd edək ki, fevralın 24-də Böyük Britaniya "Imedi" və "POSTV" televiziya kanallarına sanksiyalar tətbiq edib.

Londondan verilən açıqlamaya görə, sanksiyalar dezinformasiyasının yayılmasında iştirak edən qurumları hədəf alır.

Sanksiyalara aktivlərin dondurulması, aktivlərin idarə edilməsi ilə bağlı maliyyə xidmətlərinin göstərilməsinə qadağa və direktorların vəzifədən kənarlaşdırılması daxildir.

Sanksiya sənədində deyilir ki, "Imedi" və "POSTV" Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə bağlı qəsdən yanlış məlumat yayırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax