Əsas məzmuna keç

“British Airways” kompüter nasazlığına görə 150 reysi ləğv edib

“British Airways” kompüter nasazlığına görə 150 reysi ləğv edib

“ ” nasazlığına görə son iki gündə təxminən 150 reysi ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, cümə axşamı 80 reysi, cümə günü isə yalnız günün birinci yarısında daha 66 reysi ləğv etmək məcburiyyətində qalıb.

Orta hesabla “British Airways” təyyarələri gündə təxminən 850 daxili və beynəlxalq uçuş həyata keçirir. Eyni zamanda, qarşıdan gələn yaz tətili və həftə sonları ilə əlaqədar Britaniya hava limanlarında sərnişin axını kəskin şəkildə artıb.

“Uçuşlarımızın böyük əksəriyyəti bu gün yerinə yetirilsə də, dünən texniki nasazlıq səbəbindən Hitroudan bəzi qısamüddətli uçuşları ləğv etdik", - deyə şirkət sərnişinlərdən üzr istəyib.

“British Airways” hələ ki, nasazlığın nədən ibarət olduğunu və onun nəticələrinin tam olaraq nə vaxt aradan qaldırılacağını açıqlamayıb.

Bakı aeroportu

Bu gün: Bu gün gecikən və ya ləğv olunan reys yoxdur (saat 11:30 məlumatı)

Bakıdan növbəti uçuşlar

  1. 12:25 · 6H 882 6H 882 · Qeydiyyat
  2. 12:35 · VF 182 VF 182 · Qeydiyyat
  3. 12:45 · J2 067 J2 067 · Qeydiyyat
  4. 13:00 · XY 628 XY 628 · Qeydiyyat
Gediş tablosu ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…