Britaniyalı deputat: “Ermənistan Azərbaycan ərazisinə minlərlə mina basdırıb”

Britaniyalı deputat: “Ermənistan Azərbaycan ərazisinə minlərlə mina basdırıb”
04.04.2023 23:28
Aa
dəq

“Ermənistan Azərbaycan ərazisinə minlərlə mina basdırıb”.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü münasibətilə Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər üzrə parlament qrupunun sədri Metyu Offord “Azərbaycan – neft, mütərəqqi düşüncə və minalar ölkəsi” başlıqlı məqaləsində yer alıb.

Parlament qrupunun rəsmi internet səhifəsində dərc olunan məqalədə ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın təcrübəsi Britaniya Parlamentində yüksək qiymətləndirilib və dünya üçün nümunə olaraq göstərilib.

Məqalədə dağıdılmış Ağdam şəhərinə ötən ilin mayında səfərini xatırlayan müəllif Ermənistanla 30 illik münaqişə zamanı Azərbaycan ərazisinə minlərlə minaların basdırıldığını, raket və bombaların atıldığını qeyd edib.

Beynəlxalq QHT-lərin köməkliyi və Britaniya hökumətinin maliyyə yardımı nəticəsində, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tədricən ərazini partlayıcı maddələrdən təmizlədiyi bildirilib. Bu günədək 19 000 hektardan artıq ərazidə 55 000 dən çox partlayıcı maddələrdən təmizləndiyi qeyd olunub.

Məqalədə Britaniya höküməti ərazilərin minalardan təmizləməsində ANAMA-nın fəaliyyətini nümunəvi hesab edərək gələcəkdə Ukraynada tətbiq etməyi planlaşdırdığı qeyd olunub.

Həftənin ən çox oxunanları

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb
DAVAMIN OXU davamın oxu

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq

Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimlərə qatılacaq
DAVAMIN OXU davamın oxu

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB

Türkiyənin Baş Qərargah rəisi Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Aqil Qurbanovun Çinə gedib

Aqil Qurbanovun Çinə gedib
DAVAMIN OXU davamın oxu