Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib

1 dəq
Paylaş:
Azərbaycan Ordusunda döyüş maşınları ilə praktiki çalışmalar yerinə yetirilib
Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə...

Quru Qoşunlarının 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş bölmələrin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Heyətlər tərəfindən döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Çalışmalarda əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib

Bu xəbəri paylaş

Oxşar xəbərlər