Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısına 240 şirkət, 50 gəmi və yeddi fiziki şəxsi əlavə edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, sanksiyalar Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının 4-cü ildönümünü qeyd etmək üçün qəbul edilib.
Siyahıya Rusiya enerji sektorunu dəstəkləyən şirkət və şəxslər, Rusiya neftinin və mayeləşdirilmiş təbii qazın üçüncü ölkələrə daşınmasında iştirak edən gəmilər, Rusiya maliyyə sektoru ilə əlaqəli şirkətlər və Rusiya müdafiə sektoru ilə əlaqəli şirkət və şəxslər daxildir.
Gürcüstanın "İmedi" və "Post" telekanalları da Rusiya dezinformasiyasının yayılmasındakı roluna görə sanksiya siyahısına əlavə edilib.