Əsas məzmuna keç

Tramp medianı İranla mümkün müharibə barədə saxta xəbərlər yaymaqda ittiham etdi

Tramp medianı İranla mümkün müharibə barədə saxta xəbərlər yaymaqda ittiham etdi

Donald Tramp KİV-in Tehranla bağlı iddialarını tənqid etdi. General Daniel Keyn hərbi qarşıdurmaya hazırdırmı? ABŞ liderindən hərbi zərbə və saziş xəbərdarlığı.

en ru

prezidenti bildirib ki, media İranla mümkün müharibə barədə məlumatları qəsdən təhrif edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"İranla mümkün müharibə haqqında yazılanların hamısı doğru deyil və qəsdən edilir. Bu, mənim qərarımdır, mən razılaşma əldə etməyi üstün tutardım, amma əgər biz bunu etməsək, bu ölkə və təəssüf ki, onun xalqı üçün çox pis olacaq", - Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Daniel Keynin İrana qarşı kampaniyanın başlanmasını dəstəkləməməsi ilə bağlı media iddiaları da yalandır.

"General Keyn, hamımız kimi, müharibə istəmir, amma İranla hərbi yolla qarşıdurma qərarı verilərsə, qalib gəlməyin asan olacağına inanır", - vurğulayıb.

O, əlavə edib ki, Keynin hərbi əməliyyatlara etirazı yoxdur, məhdud zərbələrdən danışmayıb və əmr verilərsə, əməliyyata rəhbərlik edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…