Operativ Məlumat Mərkəzi

Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək

1 dəq
Paylaş:
Britaniya kəşfiyyatı: Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək
Birləşmiş Krallığın hərbi kəşfiyyatının məlumatında belə qeyd edilib. Bildirilib ki, müharibə başlayandan Ukraynada mülki vətəndaşlarla bağlı 750 mina...

Ukraynanın minalardan təmizlənməsi ən azı 10 il çəkəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Birləşmiş Krallığın hərbi kəşfiyyatının məlumatında belə qeyd edilib. Bildirilib ki, müharibə başlayandan Ukraynada mülki vətəndaşlarla bağlı 750 mina insidenti baş verib və onların səkkizdə birində uşaqlar iştirak ediblər.

Məlumatda vurğulanıb ki, mülki itkilərlə nəticələnən mina insidentləri Ukraynada gündəlik baş verir. Əlavə olunub ki, yazın gəlişi və daha çox insanın kənd təsərrüfatı işlərinə cəlb olunması ilə bu itkilərin daha da artacağı gözlənilir.

Məlumatda mina probleminin daha əvvəl Rusiya işğalı altında olan Xarkov və Xerson regionlarında daha çox olduğu qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər