Kiprdə yerləşən Akrotiri Böyük Britaniya hərbi hava bazasında hava hücumu xəbərdarlığı siqnalı işə düşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kiprin "TV CyBC" telekanalına istinadən məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya həyəcan siqnalından dərhal sonra hərbi təyyarələri havaya qaldırıb.
Daha əvvəl Akrotiri Britaniya aviabazasına İran dronu ilə zərbə endirildiyi bildirilmişdi. Təsdiqlənməmiş məlumatlara əsasən, hücumun "Shahed-136" kamikadze dronu ilə həyata keçirildiyi ehtimal edilir. Bu səbəbdən Britaniya bazalarında "təhlükəsizlik təhdidi" rejimi elan edilmişdi.
Hadisələr fonunda Kipr hökuməti Avropa işləri üzrə nazirlərin martın 2-3-ü tarixlərində Nikosiyada keçirilməsi planlaşdırılan qeyri-rəsmi iclasını təxirə salıb.