Operativ Məlumat Mərkəzi

Britaniya 120-dən çox iranlı şəxsə qarşı sanksiyaları bərpa etdi

1 dəq
Paylaş:
Britaniya 120-dən çox iranlı şəxsə qarşı sanksiyaları bərpa etdi
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilin ki, bu gün Britaniya Xarici İşlər Nazirliyi hökumətin rəsmi saytında sanksiya siyahısını yeniləyib....

Böyük Britaniya hökuməti 2015-ci ildə İranın nüvə proqramı üzrə saziş bağlanana qədər BMT Təhlükəsizlik Şurasının sanksiyaları altında olan 120-dən çox İranın fiziki və hüquqi şəxsə qarşı sanksiyaları bərpa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilin ki, bu gün Britaniya Xarici İşlər Nazirliyi hökumətin rəsmi saytında sanksiya siyahısını yeniləyib.

BMT-nin İrana dair 'snapback' mexanizmi çərçivəsində konsolidasiya olunmuş siyahıya 121 şəxs əlavə olunub. Onlardan 78-i bu günə qədər də Böyük Britaniyanın sanksiya siyahısında idi və həmin şəxslərin əlavə BMT sanksiyalarına da tabe olduqlarını göstərmək məqsədilə dəyişikliklər edilib.

Britaniyanın yenidən sanksiya siyahısına əlavə etdiyi şəxslər arasında 23 fiziki şəxs və 20 hüquqi şəxs, o cümlədən İranın Atom Enerjisi Təşkilatı da var.

Bununla yanaşı, siyahıda artıq həyatda olmayan şəxslər də mövcuddur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər