Braziliyanın Rio Qrande-du-Sul ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. 1400-dən çox insanın təxliyə edildiyini bildirib. Bir çox avtomobili sel suları aparıb.
Ştat qubernatoru Eduardo Leite açıqlamasında həyatını itirənlərin ailələrinə başsağlığı verib və hökumətin itkin düşənlərin yerinin müəyyən edilməsi və risk altında olan ərazilərdə təhlükəsizliyin təmin edilməsi üçün çalışdığını bildirib.
Braziliyada daşqın nəticəsində 8 nəfər ölüb
bu barədə xarici KİV məlumat yayıb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. 1400-dən çox insanın təxliyə edildiyini bildirib. Bir çox...
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Sadır Japarovun ABŞ-yə işgüzar səfəri başlayıb
Növbəti xəbər yüklənir…